"Bakı" kafesində atışma: azərbaycanlı öldürüldü - VİDEO

26.02.2021 17:37 490 baxış sayı 2 dəq. oxuma
"Bakı" kafesində atışma: azərbaycanlı öldürüldü -

Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində yerləşən "Bakı” kafesində atışma baş verib.

Atışma nəticəsində 39 yaşlı azərbaycanlı Qabil Rəşidov öldürülüb.

Onun Lənkəran şəhərinin Hirkan qəsəbəsindən olduğu bildirilir. Q.Rəşidov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Rusiya polisinin verdiyi məlumata görə, tərəflər arasında mübahisəyə ərazidə qar təmizlənərkən kafenin reklam lövhəsinin bağlanması səbəb olub. (Axar.az)

 

 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: