Azyaşlılar yanan binadan belə xilas oldular - VİDEO

22.07.2020 18:41 829 baxış sayı 2 dəq. oxuma
Azyaşlılar yanan binadan belə xilas oldular -

Fransanın cənubundakı Qrenoble şəhərində  yaşayış binasının üçüncü mərtəbəsində yanğın baş verib.  

Hadisə zamanı mənzildə kilidli vəziyyətdə qalmış 10 və 3 yaşlı uşaqlar pəncərədən atlayaraq xilas ola biliblər. 

Belə ki, baş verən yanğında binadakı şəxslər təxliyə olunub. Lakin, mənzillərin birində kilidli vəziyyətdə qalmış 10 yaşlı uşaq xilas olmaq üçün əvvəlcə 3 yaşlı qardaşını daha sonra isə özünü pəncərədən atıb. 

Həmin vaxt küçədə olan 25 yaşlı Athumani Valid adlı gənc hər iki uşağı tuta bilib. Azyaşlılar xəstəxanaya yerləşdirilib. 

Hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub. Yanğınla bağlı istintaq işləri başladılıb.  

 

S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: