“Azərişıq”da kadr dəyişikliyi olub

07.08.2020 07:08 605 baxış sayı 1 dəq. oxuma
“Azərişıq”da kadr dəyişikliyi olub

“Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən “Mərkəzi Aran” Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayev vəzifəsindən azad edilib.

Onun yerinə Abbas Quliyev təyin olunub.

A.Quliyev bu təyinata qədər Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi olub.

Xatırladaq ki, “Mərkəzi Aran” RETSİ-yə Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Naftalan, Goranboy, Kürdəmir, Ucar, Ağsu, Göyçay və Ağdaş rayonlarının Elektrik Şəbəkələri (EŞ) daxildir.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: