
Azərbaycanlı gənc Türkiyədə itkin düşdü - FOTO

Türkiyədə yaşayan 28 yaşlı azərbaycanlı Elnur Qələndərli uzun müddətdir itkin düşüb.
Bu barədə onun atası Əziz Qələndərli xəbər verib.
Onun sözlərinə görə, oğlu ilə əlaqə 2016-cı ilin martında kəsilib:
“Oğlum 1992-ci ilin iyulun 22-də Qazax şəhərində doğulub. Qazax şəhərində marketdə işləyib. 2016-cı il fevralın sonunda İstanbula gedib. Üsküdarda işləməyə başlayıb. Tez-tez telefonla danışırdıq. Martın əvvəlində zəng etdik, telefonu bağlı idi. Həmin gündən indiyə kimi ondan heç bir xəbər ala bilmədik”.
Oğlu ilə əlaqəsi kəsilən Ə.Qələndərli onu axtarmaq üçün İstanbula gedib:
“Elə həmin ildən İstanbula gedərək, oğlumu itkin düşdüyü şəhərdə axtarmağa başladım. Türkiyənin bir çox şəhərlərinə getdim. Polisə də müraciət etdim. Onlar da axtarırlar. Lakin ondan heç bir xəbər yoxdur.
Oğlumu tanıyan, yerini bilən hər kəsdən kömək gözləyirəm”.
Etiketlər
Oxşar xəbərlər

Türkiyədə çalışan 45 həkim Azərbaycana qayıtdı
Son Xeberler

Türkiyədə sel fəlakəti:
Son Xeberler

ABŞ-da ermənilər azərbaycanlıya hücum edib
Son Xeberler

İtkin düşən 3 şəhidin dəfn mərasimi keçiriləcək -...
Bugun.az

Azərbaycanlı gənc Yunanıstanda həbs edildi - FOTO
Bugun.az

Bakıda gənc oğlan itkin düşüb
Son Xeberler