Son Xeberler
Son Xeberler

18.01.2021 15:52

5 abunə

318

Azərbaycanın məşhur Xalq artisti infarkt oldu - Heç kimi tanımır - FOTO

Azərbaycanın məşhur Xalq artisti infarkt oldu - Heç kimi tanımır -
Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.
 
Bu barədə "Ölkə.az"-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Ə.Vəliyev bildirib ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib:
 
" Hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Amma həkimlər əllərindən gələni edirlər".
 
Qeyd edək ki, Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olub.
 
Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur