28.06.2020 12:02
6
abunə
627
Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir - SON DƏQİQƏ

Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

“Koronavirusinfo.az” saytının statistik məlumatına görə, Bakıda yoluxma halları yenidən artıb.

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 52 faiz təşkil edirdisə, hazırda bu, 53,4 faizdir.

Sonrakı yerlərdə 15,8 faizlə Abşeron, 9,4 faizlə Gəncə-Qazax, 7,8 faizlə Aran, 6,1 faizi Lənkəran, 1,7 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,4 faizi Dağlıq Şirvan, 1,2 faizi Yuxarı Qarabağ, 0,03 faizi Naxçıvan qərarlaşıb.
Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 1,6 faizi ölkə xaricində yoluxanlardır.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine