Azərbaycanda yüksək vəzifəli məmur qəfil vəfat etdi - SON DƏQİQƏ

20.12.2020 10:24 959 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda yüksək vəzifəli məmur qəfil vəfat etdi - SON DƏQİQƏ

Sumqayıt şəhər İcra Hakimiyyət Başçısının müavini Sahib Quliyev vəfat edib.

S. Quliyev bir müddət öncə koronavirusa yoluxub və müalicə olunaraq sağalmışdı.

Ötən gün isə qəflətən ürəktutmasından vəfat edib.

Qeyd edək ki, S.Quliyev 2011-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı.(apa)

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: