Son Xeberler
7 abunə
Azərbaycanda vəzifəli şəxs həbs olundu - Xadimədən rüşvət istəyib
12.02.2021 14:47
408 baxış sayı
2 dəq. oxuma
"Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Saatlı rayon prokurorluğunda araşdırma aparılıb.
Saatlı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Əzizağa Quliyevin "Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman, Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1000 manat, qızı Jalə Həvəskarini isə kompyuter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşib:
"Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi başlanmaqla, Quliyev Əzizağa Kişibala oğlu Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Son Xeberler
920
25/08 06:05
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxs vəfat etdi...
Son Xeberler
900
01/12 13:44
Azərbaycanda daha bir vəzifəli şəxs COVID-19-dan v...
Son Xeberler
923
14/12 17:28
Azərbaycanda şirkət rəhbəri həbs olundu
Son Xeberler
451
09/09 13:18
Səhiyyə naziri korrupsiya faktlarına görə həbs olu...
Analoq.az
1,682
20/06 14:04
Azərbaycanda sabiq icra başçısı həbs edildi -
Son Xeberler
1,135
24/08 10:04