Son Xeberler
Son Xeberler

03.07.2020 07:09

6 abunə

570

Azərbaycanda vəzifəli şəxs dəhşətli hadisədə ÖLDÜ

Azərbaycanda vəzifəli şəxs dəhşətli hadisədə

Bu gün Lerik rayonunda ağır yol qəzasının baş verməsi və nəticədə 3 nəfərin ölməsi, 2 nəfərin xəsarət alması barədə xəbər vermişdik. Ölən şəxslərdən birinin müəllim olduğu deyilir.

Ağır qəza rayonun Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxslərdən biri - 1996-cı il təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev Lerik rayon Ləkər kənd ümumi orta məktəbində direktor müavini və fiziki tərbiyə müəllimi imiş.

Həmçinin T.Əliyev öz ixtisası üzrə test vəsaitinin də müəllifi olub.

Etiketlər: