🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər - AÇIQLAMA

15.09.2020 11:36 588 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər -

Karantin rejiminə görə ölkə üzrə toy mərasimlərin keçirilməsinə sentyabrın 30-na kimi qadağa qoyulub. Amma koronavirus pandemiyasına görə Azərbaycanda 7 aya yaxındır ki, toy, yas və digər kütləvi mərasimlər keçirilmir. Bir çox mütəxəssislər payızın sonunda koronavirus pandemiyasının bitəcəyi ilə bağlı fikirlər səsləndirirlər. Həmin vaxt toyların keçirilməsinə icazə veriləcəkmi?

Bununla bağlı Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bilidirib ki, koronavirus pandemiyası 3-4 il davam edə bilər:

"İnsan həyatı toydan daha dəyərlidir. İnsanlarımız toy və yas mərasimlərini bir müddət unutsunlar. Bu barədə danışmağa dəyməz, çünki toyların keçirilməsinə icazə verilməyəcək. Vətəndaşlarımız toylara gələn insanların sayının azalması ilə razı olmayacaq. Bəziləri üçün toy sevənləri birləşdirmək deyil, bir növ lotereya oyunudur. Pul dağıtmışam, indi isə yığıram. Karantin rejimi ailə qurmağa maneə olmur. Ailə həyatı gənclərimizə lazımdır. Bir-birilərini sevənlər nikaha daxil olsunlar və gedib yaşasınlar. Buna heç kim əngəl ola bilməz. Əsas söz-söhbət toyun ətrafındadır. Gəlin, hər şeyin adını düzgün qoyaq. Pul məsələsi olduğu üçün vətəndaşlarımız 30-40 nəfərlə toy keçirilməsinə razılıq verməyəcək”.

Etiketlər

Paylaş: