Azərbaycanda növbəti dəfə zəlzələ olub

12.10.2020 05:49 563 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda növbəti dəfə zəlzələ olub

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yerli vaxtla saat 06:56-da Zərdab stansiyasından 17 km qərbdə Zərdab-Bərdə sərhədində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Qeyd edilir ki, yeraltı təkanlar 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

Qeyd edək ki, bu, son iki gündə ölkədə qeydə alınan növbəti zəlzələdir. Oktyabrın 10-da Qusar rayonunda da zəlzələ qeydə alınıb. 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: