
Azərbaycanda karantin rejimi 60 günədək uzadılacaq? - AÇIQLAMA

"Azərbaycanda iyunun 21-də karantin rejimi sərtləşdirildi və həmin dövrdən bir-iki həftə ərzində biz stabilləşməni müşahidə etməyə başladıq".
Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, ölkədə ciddi artım olmadı, yoluxma sayı 600-dən o tərəfə keçmədi: "Sərtləşdirilmə qəbul edilməsəydi, o zaman biz hazırda bəlkə də 1000-1500 yoluxma sayı görəcəkdik. Amma indi biz görürük ki, karantin tədbiri növbəti iki həftəyə uzadılıb və tədricən platonu görürük, yəni düz xətt, hətta o düz xətt azalmağa doğru gedir".
Nabil Seyidovun fikrincə, bütün tədqiqatlar göstərir ki, koronavirus infeksiyası ilə bağlı sərtləşdirilmiş karantin tədbirləri minimum 60 gün olmalıdır ki, rəqəmlər sıfıra yaxın olsun:
"Amma karantin sərtləşdirilməsi o demək deyil ki, infeksiya yox olacaq. Əgər vətəndaşlar iki saat evdən çıxan müddətdə yenə də sanitar gigiyenik normalara riayət etməsələr, maska taxmasalar və 5 nəfərdən çox toplaşsalar, tanımadığı adamlarla küçədə rastlaşıb maskasız söhbət etsələr, karantin ilin sonunadək uzadılsa da, bunun qarşısını almaq mümkün olmayacaq".
Etiketlər
Oxşar xəbərlər

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Son Xeberler

Bu şəhər və rayonlarda iki həftəlik sərt karantin...
Son Xeberler

Karantin rejimi uzadılacaq? -
Son Xeberler

Sərt karantin rejimi avqustun 5-də bitir? –
Son Xeberler

Azərbaycanda karantin rejimi yenə uzadılır? -
Son Xeberler

"Azərbaycanda karantin rejimi 3 ay uzadıla bilər"...
Son Xeberler