🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Azərbaycanda jurnalist koronavirusdan vəfat etdi

15.06.2020 15:49 529 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda jurnalist koronavirusdan vəfat etdi

Azərbaycan mətbuatına ağır itki üz verib.

Tanımış jurnalist, Əməkdar İncəsənət xadimi, "Tərəqqi" medalı laureatı, uzun illər "Kommunist", "Azərbaycan" qəzetlərində fəaliyyət göstərmiş Fərman Bağırov dünyasını dəyişib.


Yaxınlarının bildirdiyinə görə, F.Bağırov koronavirusdan həyatını itirib. Onun ailə üzvlərinin də virusa yoluxduğu deyilir.

Paylaş: