🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda COVİD-in yeni əlamətləri ÜZƏ ÇIXDI - FOTO

28.12.2020 08:50 458 baxış sayı 4 dəq. oxuma
Azərbaycanda COVİD-in yeni əlamətləri ÜZƏ ÇIXDI -

İstər əcnəbi, istərsə də yerli mütəxəssislər COVİD 19-un qarşıdakı zamanlarda daha da kəskin şəkildə yayılacağı, ümumi vəziyyətin daha da pisləşəcəyi barədə müxtəlif açıqlamalar verirlər.

Böyük Britaniyada koronavirusun aşkar edilən daha yoluxucu növü isə dünyanın COVİD-19 bəlasından yaxın gələcəkdə xilasının mümkünsüz olacağından xəbər verir.

Bir ildən çoxdur dünyanı aciz duruma salan COVİD-in əlamətləri barədə, demək olar ki, artıq uşaqdan böyüyə hər kəs məlumatlıdır. Lakin koronavirusun bəzi əlamətləri də Azərbaycanda aşkar olunmağa başlayıb. Bunlardan biri dəri tutulumudur.

Bu barədə həkim Ramin Cavadov “milli.az”a açıqlama verib:

"55 yaşlı kişinin bilinən xəstəliyi yoxdur. 10 gün öncə 38.3 dərəcə qızdırma, halsızlıq, iştahsızlıq və ardından bədəndə döş qəfəsi, qarın boşluğunun ön yan tərəfində, qollarda və ayaqlarda çox olmaqla ağrısız və qaşıntısız qabarıq ləkələr görülüb. Qastroenteroloqa müraciət edilib, testlər istənilib və sonra Herpes Zoster (HZ) (kərmərvari dəmrov) düşünülərək valtrex başlanılaraq dermatoloqa yönləndirilib. Dermatoloq HZ deyil, vaskulit düşünərək konsultasiya istədi.

Xəstənin anamnezini dərinləşdirdiyimiz zaman COVİD-19 şübhəsi oyandı, müayinədə təzyiq 130/80, ağciyər səslərində kobudlaşma görüldü. Xəstə qan analizi və KT nəticəsi ilə gəldiyində (3 gün sonra) ləkələr iz buraxmadan solmuşdu. KT-də 8% buzlu şüşə görüldü, COVİD +, crp 45, AST 335, ALT 45, GGT 1250, ALP 1300, HGB 16, kreatinin 0.6, sidiyin ümumi analizi normal, ANCA, COVİD-19 dəri tutulumu düşünüldü, uyğun müalicə yazılaraq 10 gün sonra kontrol məsləhət görüldü.

COVİD-də hər şey ola bilər. İnsanın bütün orqanizmində bu xəstəliyin əlamətini müşahidə etmək mümkündür".

TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev isə Milli.Az-a açıqlamasında COVİD-in başqa bir əlamətindən danışıb:

"COVİD-19 xəstəsi var ki, onda 2 gündü konyuktivit, şikayәt başlayıb. Sadәcә gözdә qızartı, sulanma ilә hәrarәt 37.0-37.5 olur. 5 gün öncә testi pozitiv gәlib, yanaşı xәstәliyi yoxdur, COVİD 19-la bağlı ağciyәrlәrdә bir problem görülmәdi. Sadәcә xәstәnin bu şikayәtlәri var".

Paylaş: