Azərbaycanda bu yaşda olan şəxslərin vaksinasiyası başladı

08.02.2021 05:20 543 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda bu yaşda olan şəxslərin vaksinasiyası başladı

Bu gün – fevralın 8-dən etibarən Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb.

Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

Belə ki, 65 yaşdan yuxarı randevu.its.gov.az internet ünvanında qeydiyyatdan keçmiş hər bir vətəndaş SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: