
Azərbaycana COVID-19-a görə xarici mütəxəssislər gətirildi

Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib.
Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimatoloq və pulmonoloqlar hazırda Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirir, COVID-19 pandemiyasına qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparılır.
Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.
Etiketlər
Oxşar xəbərlər

201 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirild...
Son Xeberler

Koronavirusun bitmə tarixi – Açıqlandı
Son Xeberler

Varşava Forumu Azərbaycana qarşı yönəlmişdir
Son Xeberler

Təyyarəyə koronavirus testi neqativ çıxanlar burax...
Son Xeberler

Azərbaycana təxliyə olunan 33 nəfərdə COVİD-19 tap...
Son Xeberler

Azərbaycana ucuz maşınlar gətirildi — VİDEO
Bugun.az