11.02.2021 15:13
6
abunə
386
Azərbaycan yeni bəla ilə üz-üzə qala bilər - Sərhədlərini bağlamasa...

Koronavirusun yeni ştammının ölkəmizə gəlib çıxma ehtimalı çox böyükdür.

Bunu Milli.Az-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib.

Şöbə müdiri bildirib ki, COVİD-in yeni ştammının Azərbaycanda yayılma ehtimalı böyükdür:

"Əgər əlaqələr varsa, əgər iqtisadi və digər sahələrdə mübadilə davam edirsə, hər bir hava damcı infeksiyası digər insanlara da hava damcı yolu ilə keçə bilər. Ona görə də o ştammın bura gəlib çıxmaması üçün gərək xaricə gediş-gəliş əlaqələrimiz tam kəsilə, ya da oradan gələn hər bir şəxs mütləq yenə də əvvəllər olduğu kimi yoxlanılmalı, karantin müddəti gözlənilməli, ondan sonra respublikaya girişi qəbul olunmalıdır. Əks təqdirdə hər bir infeksiyanın respublikaya daxil olma ehtimalı var. 

Koronavirus tez-tez mutasiyaya uğrayır, bir formadan digər formaya keçir və bunun ştammlarının sayı həddindən artıq çoxdur. Hazırda ölkəmizdə ancaq peyvəndi aparılan həmin ştammlara qarşı immunitet yaranacaq. Bu, həm xəstəliyi keçirənlərdə, həm də vaksinasiya olunanlarda belə olacaq. Digər yeni ştamm gələcəksə, bizim ona qarşı nə immunitetimiz, nə də peyvəndimiz var".

Daxil olun


x
This website is using cookies. More info. That's Fine