🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycan və Belarus Baş nazirləri Minskdə görüşdü

03.10.2024 17:25 32 baxış sayı 4 dəq. oxuma
Azərbaycan və Belarus Baş nazirləri Minskdə görüşdü

Azərbaycan və Belarus Baş nazirləri Minskdə görüşüb.


3 Oktyabr tarixində Minskdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.


Görüş məhdud tərkibdə keçirilib və daha sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.


Görüşdə Azərbaycan və Belarus arasındakı möhkəm dostluq əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb, iki ölkə prezidentlərinin sıx əlaqələri və birgə səyləri nəticəsində müxtəlif sahələrdə əməkdaşlığın sürətli inkişafı qeyd olunub.


Bu baxımdan Belarus Prezidentinin bu ilin mayında Azərbaycana dövlət səfərinin əhəmiyyəti xüsusilə vurğulanıb.


Hökumət başçıları iqtisadi və ticari əməkdaşlığın mövcud vəziyyətini müzakirə ediblər. Bu ilin 8 ayının yekunlarına görə qarşılıqlı ticarət həcmi 39 faiz artıb. Ticarət dövriyyəsinin artma tendensiyasının qorunacağı ümid edilir.


Qeyd olunub ki, dövlət başçılarının qarşılıqlı maraq doğuran bir sıra perspektivli layihələrin hazırlanması ilə bağlı razılığı, iki ölkə arasındakı əməkdaşlığın genişlənməsinə böyük təkan verib.


Bu baxımdan iki ölkə prezidentlərinin razılaşmaları və tapşırıqlarının icrasına xüsusi diqqət yetirilir.


Bir sıra sahələrdə, o cümlədən sənaye kooperasiyası, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqroşəhərciklərin salınması, həmçinin peşə təhsili sahəsində əldə edilən uğurlardan məmnunluq ifadə olunub.


Sənaye kooperasiyası Azərbaycan-Belarus əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib, Gəncə Avtomobil Zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri arasında uzunmüddətli uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib.


Hökumət başçıları aqrar sahədə əməkdaşlığın davamlı inkişafını vurğulayıb və hər iki tərəfin kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətini artırmağa hazır olduğunu bildirib.


Tərəflər nəqliyyat və tranzit sektorunda əməkdaşlığın dərinləşdirilməsini zəruri hesab ediblər.


Ənənəvi olaraq, mədəni-humanitar əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd olunub. Hökumət başçıları mədəni, elmi və gənclər mübadiləsinin artırılmasını, həmçinin təhsil sahəsində əməkdaşlığın inkişafını təqdir ediblər.


Tərəflər, həmçinin Belarus Prezidentinin dövlət səfəri zamanı iki ölkənin bir sıra şəhərləri arasında qardaşlaşmış şəhər əlaqələrinin yaradılmasına dair sazişlərin imzalanmasını qeyd ediblər ki, bu da regionlararası əməkdaşlığın genişlənməsinin göstəricisidir.


Turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.


Əli Əsədov və Roman Qolovçenko, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər və Azərbaycan və Belarus üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.


Danışıqların yekununa dair Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, səhiyyə sahəsində əməkdaşlıq, Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi və yanğınsöndürmə avadanlığının tədarükü ilə bağlı bir sıra sənədlər imzalanıb.


Paylaş: