Azərbaycan Tovuz dəhlizində erməni hərbçilərinin meyitlərini verməyə hazırdır
Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır.
Bu haqda Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb:
"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi ilə keçirilmiş görüşlərdə Azərbaycan və Ermənistan arasında elan edilmiş müvəqqəti humanitar atəskəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırıb.
Bu barədə qarşı tərəfə bildirilməsi xahiş olunub".
Oxşar xəbərlər
Ermənistan meyitlərini götürmək istəmir
Son Xeberler
Ermənistan ölən hərbçilərinin sayını
Son Xeberler
Ordumuz Hadrutda ermənilərə icazə vermədi
Son Xeberler
Ermənistandan itkilərlə bağlı yeni etiraf:
Son Xeberler
Düşmən bu gün daha 17 hərbçi itirdi
Son Xeberler
Ermənilər növbəti itki siyahısını açıqladı
Son Xeberler