
Azərbaycan şəhidi ilə vidalaşır - FOTO/VİDEO

Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgəri Sadıqov Vüqar Lətif oğlu ilə vida mərasimi keçirilir.
şəhidlə vida mərasimi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndindəki evində keçirilir.
Dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və digər dövlət qurumlarının rəsmiləri iştirak edir.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.
Oxşar xəbərlər

Vətən Müharibəsi Şəhidi Rövlan Məmmədovun Anası Və...
Bugun.az

Qarabağ separatçılarının rəhbəri Şuşa ilə vidalaşı...
Son Xeberler

Ad günümə gələcəyini dedi və gəldi... Amma... - Vİ...
Son Xeberler

Toyuna hazırlaşdıqları Elçini yola salmağa gəldilə...
Son Xeberler

Federasiyadan Rafael Ağayevlə bağlı AÇIQLAMA
Bugun.az

Şəhidin qardaşı dünyaya gəldi - FOTO
Bugun.az