
AZAL-dan biletlərin baha satılması xəbərinə REAKSİYA

AZAL İstanbul-Bakı reysinə biletlərin baha qiymətə satılması ilə bağlı sosial şəbəkələrdə və bəzi KİV-də yayılan fotoya münasibət bildirib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.
Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün Bakı-İstanbul və İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.
"AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır". - deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər

AZAL çarter reyslərinin baha olması barədə deyilən...
Son Xeberler

AZAL-dan "Cyber Monday" kampaniyası ilə endirimlər...
Bugun.az

"Ərzaq baha, geyim baha, maaş az" -
Ən Son Xəbərlər

Tətil etmək istəyənlərin nəzərinə –
Son Xeberler

AZAL yenidən vətəndaşlara MÜRACİƏT etdi
Son Xeberler

AZAL Türkiyəyə gedənlərə
Son Xeberler