
Son Xeberler
9 abunə
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
17.11.2020 15:50
645 baxış sayı
2 dəq. oxuma

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir.
Bu barədə AZAL-dan məlumat verilib.
Məlumatda bildirilir ki, reyslər hər gün həyata keçiriləcək: Bakıdan uçuş - saat 13:00, Naxçıvandan uçuş - saat 16:10.
Hava gəmisinə COVID-19 testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.
Pandemiya dövründə reyslərin sayının məhdud olduğunu və yüksək tələbatı nəzərə alaraq, qeyd edilən istiqamətdə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir.
Növbəyə qeydiyyat iki üsulla həyata keçirilir - əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə.
Oxşar xəbərlər

AZAL Naxçıvana bilet alanlara xəbərdarlıq etdi
Son Xeberler
506
19/11 09:14

AZAL-dan Bakı-Naxçıvan reysi ilə bağlı açıqlama
Son Xeberler
612
11/06 13:38

AZAL iyunun 20-də Naxçıvana iki əlavə reys yerinə...
Son Xeberler
603
18/06 18:35

Bu şəhərdən Azərbaycana uçuşlar bərpa edilir
Son Xeberler
481
11/02 18:00

Bakıda yaşayan Naxçıvan sakinlərinin
Son Xeberler
538
05/01 10:30

Bakıdan Naxçıvana aviareyslər bu səbəbdən təxirə s...
Son Xeberler
512
04/01 18:22