🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ayın göydə tam yoxa çıxdığı gün... - Sirr açıldı

01.01.2021 16:42 511 baxış sayı 3 dəq. oxuma
Ayın göydə tam yoxa çıxdığı gün... - Sirr açıldı
Tarixi qeydlərə görə, 1110-cu ilin mayında Ay tamamilə göydən itib.

Cenevrə Universitetinin (İsveçrə) tədqiqatçıları bu anomaliyanın sirrini aça bildiklərini bildiriblər. NASA-da 1100-ci illə 1120-ci il arasında 7 dəfə ümumilikdə Ay tutulması olduğunu, lakin ən möhtəşəm May hadisəsi olduğunu göstərən qeydlər var. Həmin vaxt Yerin təbii peyki göydən tamamilə itib. Alimlər hadisənin kükürd hissəciklərinin stratosferə girməsinə səbəb olan vulkanik püskürmə olduğunu aşkar ediblər.

Bundan əvvəl, elm adamları həmin vaxt Hekla (İspaniya) vulkanının püskürdüyünə və Ayı "yoxa çıxardığını” düşünürdülər, lakin tədqiqat nəticəsində İsveçrə alimləri bu vulkanın belə bir gücə sahib ola bilməyəcəyini aşkar etdilər. Əslində isə Ayın göydən itməsinə Asama Dağı (Yaponiya) 1108-ci ildə bir neçə ay ərzində davam edən kifayət qədər güclü püskürmə təsir edib. Bu fenomenin izləri buzlaqların dərinliklərindən götürülmüş buz nüvələrində qalıb. Alimlər onun tərkibində kükürd aerosolları tapıblar. Başlanğıcda bu hissəciklər stratosferi vuraraq göyü uzun müddət qaraldıb və sonra qalın bir bulud yerə enərək buzlaqlarda "iz buraxıb".

Bundan əvvəl SOHO cihazı kosmik tədqiqatçıları çox təəccübləndirən bir qeyd yayımlayıb. İş ondadır ki, hansısa bir anda Günəş birdən yox olur, sonra isə yenidən görünür. /Qaynarinfo.az

 
Paylaş: