🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Ayda bir dəfə məhsul gətirmə məsələsi səhv anlaşılıb" - Səfər Mehdiyev

25.08.2020 18:15 1,099 baxış sayı 3 dəq. oxuma
"Ayda bir dəfə məhsul gətirmə məsələsi səhv anlaşılıb" -

“Bir ay ərzində ölkəyə bir dəfə poçt sifarişlə məhsul gətirilməsi məsələsi vətəndaşlar tərəfindən səhv anlaşılıb”.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Real Tv”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, qərarda göstərilir ki, vətəndaşın beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkətlər vasitəsilə Azərbaycan Respublikasına hər təqvim ayında bir dəfə 300 dollardan artıq olmamaq şərti ilə rüsumsuz və vergisiz mal gətirmə imkanı var: “Qərarda bu maddə səhv anlaşılır. Biz burada vətəndaşı düşünürük. Yəni vətəndaş bəyannaməni bir dəfə versin. Vətəndaş özünə əmindirsə ki, bir yox, bir neçə dəfə məhsul gətirəcək, onun bir sıra çıxış yolu var. Ya hər dəfə gətirdiyi mala görə uçota durur ki, 300 dollarlıq limiti keçməsin. Bu vətəndaşın öz seçimdir. Yaxud daşıyıcı kompaniya ilə razılaşır ki, hissə-hissə gələn mallarımı bir dəfə bəyan edəcəm. Və ya mal 300 dollar həcmində gətirilə bilər. Hər bir halda vətəndaşın seçimi çox önəmlidir. Başqa cür tənzimləmə mexanimi düşünmürük. Çünki seçim hüququ vətəndaşın yanındadır. 300 dollar vətəndaşın hüququdur və bu həcmdə poçt göndərişləri vasitəsilə elektron ticarət imkanı əldə edir”.

S.Mehdiyev qeyd edib ki, təyin olunan limitdən artıq mal gətirilərsə, gömrük rüsumu və vergi ödənilməlidir.

Paylaş: