Son Xeberler
Son Xeberler

26.06.2020 10:28

6 abunə

424

Avropada yoluxma yenidən artır - ÜST həyəcan təbili çaldı

Avropada yoluxma yenidən artır -

 Ötən həftə ərzində Avropada bir neçə aydan sonra ilk dəfə olaraq yeni koronavirus infeksiyası hallarının sayında artım qeydə alınıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Klyuqe deyib.

ÜST rəsmisi vurğulayıb ki, son iki həftə ərzində Avropanın 30 ölkəsində infeksiyaya yoluxma hallarında artım olub.

“Bu ölkələrdən 11-də virusun sürətlə yayılması epidemiyanın yenidən başlamasına səbəb ola bilər. Bu proses dayandırılmalıdır. Əks təqdirdə Avropa ölkələrinin səhiyyə sistemləri yenidən uçuruma yuvarlanacaq”.

Klyuqe əlavə edib ki, Avropanın bəzi dövlətləri koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq etdiyi məhdudiyyətləri tez aradan qaldırıb və infeksiyanın daha geniş yayılmasına şərait yaradıb.

“Bəzi Avropa ölkələrində bu risk artıq reallığa çevrilib. Polşa, Almaniya, İspaniya və İsrail hökuməti koronavirusa yoluxmanın yeni hallarına tez bir zamanda reaksiya verdi”.