At təlimçiyə ağır xəsarət yetirdi - VİDEO

12.08.2020 13:54 518 baxış sayı 2 dəq. oxuma
At təlimçiyə ağır xəsarət yetirdi -

Türkiyənin Bursa vilayətinin Karacabey rayonunda böyüdülən ərəb atları hərracda satışa çıxarılıb.  

“İhlas Haber Ajansı” (İHA) xəbər verir ki, atların satışı zamanı bədbəxt hadisə yaşanıb.

Belə ki, müştərilərə təqdim olunan “Sərhat fırtınası” ləqəbli at gözlənilmədən təlimçilərdən birinə ağır xəsarət yetirib.

Üz nahiyəsindən xəsarət alan at təlimçisi dərhal xəstəxanaya yerləşdirilib.

 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: