01.01.2021 21:42
6
abunə
331
Araikin əlində tutduğu şəkil görün kimindir? - QALMAQAL

Araik Arutyunyanın əlində fotosunu tutduğu əsgərin nə ölən, nə itkin, nə də əsir düşən hərbçilərin siyahısında adı var.

Bu barədə erməni jurnalist Anuş Trvanç bildirib.

O deyib ki, həmin şəxs separatçı Araikin yaxın dostunun oğludur və adı Qorq Movsesyandır:

“Qorq döyüşlərin ilk günündən səfərbərliyə alınsa da, onun adına heç bir müharibə siyahısında rast gəlmək olmur. Hətta əsgərin ailəsi itkin düşənlərin yaxınlarının aldığı dəstəyi belə görmür. Ona görə ki, onun adı siyahıda yoxdur. Qohumları hələ də Qorqu Ermənistanın və Qarabağın hər yerində axtarırlar. Oğlanı tapmaq mümkün deyil, adı siyahılarda yoxdur, amma kilsəyə daxil olacaq bir fotosu var!”. (azvision.az)

Daxil olun


x
This website is using cookies. More info. That's Fine