🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Amin Musayev: “Həkimlər gəzə biləcəyimi deyiblər”

11.01.2021 18:48 304 baxış sayı 5 dəq. oxuma
Amin Musayev: “Həkimlər gəzə biləcəyimi deyiblər”

“Əsir düşdüyüm gün noyabrın ya 10-u, ya da 11-i idi. Müharibənin bitdiyi gün əsir düşmüşəm. Yalnız Azərbaycana qayıdanda bildim ki, müharibə bitib”.

Bunu  açıqlamasında 33 gün əsirlikdə olmuş əsgər Amin Musayev deyib.

Onun Rusiyanın ANNA (Analytical Network News Agency) Xəbər Agentliyinin çəkdiyi görüntülərdə necə əsir düşdüyü görünür. Amin həmin anları belə xatırlayıb:

“Mən əsir düşərkən onlar məni videoya çəkməklə əsirlərə qarşı necə humanist olduqlarını göstərməyə çalışırdılar. Amma o qədər pis niyyət, qorxaq insanlardır ki, bunu göstərməyi bacarmadılar. Hətta o videogörüntülərdə məni başqa ölkənin vətəndaşı kimi qələmə vermək istədilər, alınmadı. Hətta mənim adımı soruşanda, istəmirdim ki, haqqımda düz məlumat əldə etsinlər. Əsirlikdə olduğum müddətdə də şiddətə məruz qaldım. Alın nahiyəmdən qundaqla vurdular (doğrudan da əsir kimi tapıldığı ilk görüntüdə qanın olmaması, daha sonrakı görüntüdə alnının sol hissəsindən qan axdığı görünür – S.M.). Bu, videoda da görünür. Sözün düzü, həmin videoya düz-əməlli baxmamışam. Çünki yadıma düşdükcə, mənə pis təsir edir, gecələr yata bilmirəm.

Rus jurnalist (Aleksandr Xarçenkonu nəzərdə tutur – S.M.) sanitar maşınına mindirilənə kimi yanımda idi. Amma alnıma onun yanında avtomatla vurdular”.

O, Bakıya qayıtmasını yalnız təyyarədə olarkən bildiyini qeyd edib. Amin onu da bildirib ki, həkimlər ona yeriyəcəyini deyib:

“Ermənilərlə ünsiyyətim rus dilində qurulurdu. Mən də rus dilində “çut-çut” bilirəm. Əsirlərə olan rəftarları çox pisdir. Sol ayağımda əməliyyatı səhv etmişdilər. Burda dedilər ki, bu ayaqla yeriyə bilməyəcəksən. Bakıda yenidən məni əməliyyat etdilər, qan köçürdülər.

Hazırda yalnız dizimin bükülməyində problem var. Bir də İrəvanda sağ ayağıma iynəni elə vurublar ki, həmin nahiyədə sinir sistemimə toxunduğundan, hissiyat zəifdir. Burada həkimlər tam gəzmə ehtimalımın olduğunu deyiblər.

Azərbaycana qayıdacağıma dair ümidimi heç vaxt itirmirdim. Çünki prezidentimə güvənirdim. Bakıya aparılacağım deyilməmişdi. Səhər-səhər sarğımı dəyişəndə xərəyə qoyub məni apardılar, heç bilmədim hara gedirəm. Yalnız təyyarənin səsini eşitdim. Gözümü təyyarədə rus açıb dedi ki, Bakıya gedirsən. Onda da qəribə hiss yaşadım. Tam inanmağım gəlmirdi. Amma Bakıya düşəndə həyəcan və sevinc hissimi danışmaqla ifadə edə bilmərəm.

Şükür olsun ki, bu gün Qarabağ azaddır. Şəhidlərimizin, qazilərimizin qanı yerdə qalmadı. Biz məğlub xalqdan qalibə çevrildik. Bunun da hamısı cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində olub. 

Mən xalqın bizə sevgisini müharibə vaxtı gördüm. Bizə o qədər mülki insanlardan yeməklər gəlirdi ki, demək olar, hərbdən verilən yeməkləri yemirdik”.

Etiketlər

Paylaş: