24.10.2020 18:09
6
abunə
438
“Amerika səsi”nin Azərbaycana qarşı qərəzi FOTO

“Amerika səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən “Human Rights Watch” təşkilatının açıqlamasını yayıb. 

Təşkilat heç bir ciddi mənbəyə əsaslanmayaraq, Azərbaycan Ordusunun guya Dağlıq Qarabağdakı mülki əhaliyə zərbə endirdiyini iddia edir. Bu məlumatı öz oxucuları ilə paylaşan “Amerika səsi” radiostansiyası  isə saxta məlumatı yaymaqla kifayətlənməyərək, bu məlumata əsas olaraq Gəncədə ermənilərin raket zərbəsi nəticəsində dağılan evlərin fotosunu  paylaşıb.

Saxta məlumat və səhv foto paylaşan media orqanı oxucuların ciddi etirazı ilə qarşılaşıb. Əvvəlcə oxucularından üzr istəyən media orqanı, daha sonra ümumiyyətlə həmin xəbəri və fotonu öz rəsmi xəbər resurslarından çıxardıb.

 

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine