
Ali Baş Komandan general Mirzəyevə zəng etdi

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib.
Bu haqda dövlət başçısının tvitter hesabında məlumat paylaşılıb.
Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.
Dövlət başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.
General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.
Oxşar xəbərlər

Hikmət Mirzəyevə general-polkovnik rütbəsi verildi
Xəbər Anı

Hikmət Mirzəyevə general-leytenant rütbəsi verildi
Son Xeberler

Şuşa fatehi Hikmət Mirzəyev üçün ÖZƏL GÜN
Son Xeberler

General Mirzə Mirzəyev Həbs Edildi
Bugun.az

Hikmət Mirzəyevin yeni müavini oldu - FOTO
Bugun.az

SON DƏQİQƏ! Azərbaycan Ordusunun iki generalı ehti...
Son Xeberler