🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Aİ “Şərq Tərəfdaşlığı” sammitinin tarixini təsdiqlədi

10.06.2020 12:38 418 baxış sayı 3 dəq. oxuma
Aİ “Şərq Tərəfdaşlığı” sammitinin tarixini təsdiqlədi

Avropa Şurasının prezidenti Şarl Mişel iyunun 18-də Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin liderlərinin videokonfransını çağırıb.


Bu məlumat Avropa Şurasının saytında yerləşdirilib.


İlkin olaraq iyunun 18-də “Şərq Tərəfdaşlığı”nın ənənəvi sammitinin keçirilməsi planlaşdırılmışdı, lakin koronavirus pandemiyası səbəbindən onun keçirilməsindən imtina edilib və videokonfrans olmasına dair razılıq əldə olunub.


Sammit Avropa Şurasının prezidenti Şarl Mişelin sədrliyi, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellin iştirakı ilə keçiriləcək.


Sammitdə Aİ üzvü olan 27 ölkənin rəhbərlərinin, eləcə də “Şərq Tərəfdaşlığı” ölkələrinin – Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna rəhbərlərinin iştirak edəcəyi gözlənilir.


“Liderlər “Şərq Tərəfdaşlığı”nın strateji əhəmiyyətini bir daha təsdiqləyəcəklər. Onlar həmçinin COVID-19 böhranı zamanı həmrəyliyin vacibliyini, o cümlədən Aİ-nin “Şərq Tərəfdaşlığı” regionunda pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində göstərdiyi əhəmiyyətli dəstəyi vurğulayacaqlar”, - tədbirin anonsunda bildirilib.


Bundan əlavə, liderlər “Şərq Tərəfdaşlığı” siyasətinin uzunmüddətli hədəflərini və 2021-ci ilin əvvəlində keçiriləcək sammitdə təsdiqlənməli olan 2020-ci ildən sonrakı nəticələrin inkişafını müzakirə edəcəklər.


Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Paylaş: