Ağdam atəşə tutuldu: Daha bir mülki şəxs yaralandı

08.11.2020 17:47 452 baxış sayı 1 dəq. oxuma
Ağdam atəşə tutuldu:

Xəbər verildiyi kimi, bu gün düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: