09.12.2020 18:34
6
abunə
458
Ağcabədidə yol qəzası olub: Ölən və yaralanan var

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 8-i saat 19 radələrində rayonun Avşar kəndi ərazisində kənd sakini A.Mirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanan Hindarx qəsəbə sakini M.Əliyevə məxsus eyni markalı avtomobilə vurub, sonradan isə yaxınlıqda dayanan qəsəbə sakini M.Quliyevə dəyib.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, A.Mirzəyevin sərnişini xəstəxanaya yerləşdirilib.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine