
Ağcabədi atəşə tutuldu, bir mülki şəxs yaralandı

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluqdan verilən məlumata görə, 17.10.2020-ci il tarixdə saat 16 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Arazbar kənd sakini 1991-ci il təvəllüdlü Hacıyev Orxan Nizami oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər

Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu
Son Xeberler

Ağcabədi şəhəri atəşə tutulur
Son Xeberler

Ağcabədi rayonu atəşə tutulub
Son Xeberler

Goranboy, Tərtər, Ağdam və Ağcabədi atəşə tutulur
Son Xeberler

Ağdam və Ağcabədi atəşə tutulur
Son Xeberler

Ağcabədi rayonu yenidən atəşə tutulub
Son Xeberler