🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

ADDA 2020/2021-ci tədris ili üçün sənəd qəbulu elan edir

16.06.2020 10:32 446 baxış sayı 4 dəq. oxuma
ADDA 2020/2021-ci tədris ili üçün sənəd qəbulu elan edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) 2020/2021-ci tədris ilində ödənişli əsaslarla qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edib. 


Bu barədə ASCO xəbər verir. 


Məlumata görə, sənəd qəbulu aşağıdakı ixtisaslar üzrə elan olunub: 


050605 – Dəniz naviqasiyası mühəndisliyi


050607 – Elektrik və elektronika mühəndisliyi


050609 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi


050610 – Gəmiqayırma və gəmi təmiri mühəndisliyi


Təkrar ali təhsilə sənədlərin qəbulu iyulun 1-dən 30-na qədər Akademiyanın əsas binasında aparılacaq. Qəbul olmaq istəyənlər aşağıdakı sənədləri rəsmi və ya elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar:


Rektorun adına ərizə;


Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);


İş yerindən arayış (işlədiyi halda);


3×4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;


Şəxsiyyət vəsiqəsinin surəti;


Sağlamlıq haqqında arayış.


QEYD: Bütün ixtisaslar üzrə təhsil haqqı 3 800 AZN-dır.


1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.


Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq, ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə təkrar ali təhsil ala bilərlər.


Ünvan: AZ1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18


Tel.: (+99412) 498-73-94


E-mail: [email protected] ; [email protected]

Paylaş: