
Abşeronda velosiped oğrurlayan tutuldu

Abşeron rayonu Qobu qəsəbəsində ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qəsəbə sakini Cavid Mirzəyev tutulub.
Araşdırma zamanı onun evlərin girişlərində və yardımçı otaqlarında saxlanılan 10-a yaxın velosiped oğurladığı məlum olub. Cavid Mirzəyev oğurladığı velosipedləri isə paytaxt ərazisində dəyər-dəyməzinə satıb. Polis əməkdaşları tərəfindən onun qəsəbə yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən bir neçəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. Cavid Mirzəyev ifadəsində həmçinin paytaxtda “Şamaxinka” adlanan ərazidən bir ədəd motosiklet oğurladığını bildirib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər

Yevlaxda velosipedçini avtomobil vurub
Son Xeberler

Beynəlxalq velosiped yarışlarının bərpa tarixi açı...
İdman Xəbər

Abşeronda kütləvi dava:
Son Xeberler

Bakıda gözəllik salonundan oğurluq edənlər tutuldu
Son Xeberler

Elektrikli velosiped sağlamlıq üçün faydalıdır?
Son Xeberler

Bakıda velosiped oğruları saxlanıldı
Son Xeberler