Abşeronda karantin qaydalarını pozan çay evi aşkarlandı
Abşeron rayonunda komendant saatının tələblərini və karantin qaydalarını pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xırdalan şəhərində polislər tərəfindən nəzarət tədbirləri həyata keçirilən zaman “Ray club” adlı çay evinin müəyyən edilən tələbləri kobud surətdə pozaraq fəaliyyət göstərdiyi müəyyən olunub.
Çay evində qaydalara zidd olaraq müştərilərə qəlyan da təklif edilib. Obyektin sahibi, xidmət personalı və orada olan 18 müştəri Abşeron Rayon Polis İdarəsinə gətiriliblər. Onlar barəsində İnzibati protokollar tərtib edilib. Toplanan materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Karantin qaydalarını pozan çayxana aşkar edildi
Son Xeberler
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarl...
Son Xeberler
Abşeronda karantin qaydalarını pozanlar cərimələnd...
Son Xeberler
Kafedə ad günü məclisi təşkil edənlər saxlanıldı
Son Xeberler
Bu dönərxana və kafe gizli işləyirmiş
Son Xeberler
Karantin qaydalarını pozan azərbaycanlı model cəri...
Son Xeberler