🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

ABŞ Azərbaycana 1,47 milyon dollar yardım edəcək

24.08.2020 13:42 379 baxış sayı 4 dəq. oxuma
ABŞ Azərbaycana 1,47 milyon dollar yardım edəcək

ABŞ Azərbaycanda COVID-19 pandemiyasının iqtisadi təsirlərinə cavab vermək üçün əlavə 1,47 milyon dollar yardım edəcək.

ABŞ səfirliyindən  verilən məlumata görə, Azərbaycan hökumətinə məsləhət xidmətləri və kiçik və orta kənd təsərrüfatı və aqroturizm müəssisələrinə pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlmək məqsədilə texniki yardım göstərmək üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Şəxsi Sektor Fəaliyyətinə əlavə 1 milyon dollar ayrılacaq.

Ayrıca, Dövlət Departamentinin ayırdığı məbləğin 471 min ABŞ dolları, pandemiyadan əziyyət çəkən miqrantlar üçün sığınacaq, qida və tibbi və sosial xidmətlərdən istifadə təmin edəcəkdir.

ABŞ səfiri Li Litzenberger qeyd etdi ki: “COVID-19 pandemiyası və onun yayılmasına nəzarət səyləri ABŞ-da, Azərbaycanda və dünyada kiçik və orta biznes üçün çətinliklər yaratdı. Amerika xalqının verdiyi bu əlavə maliyyə vəsaiti Azərbaycanda kiçik və orta biznes sahiblərinə və onların işçilərinə böhrandan çıxmaqda və uğur qazanmaqda kömək edəcəkdir”.

ABŞ COVID-19 pandemiyasının dərhal üzə çıxan və uzunmüddətli səhiyyə və iqtisadi təsirlərinə Azərbaycanın cavab tədbirlərini dəstəkləmək üçün artıq 5 milyon dollardan çox vəsait ayırıb. Bu vəsaitlər ölkə daxilində 3 600-dən çox ehtiyacı olan şəxsin ərzaq və gigiyena vasitələri ilə təmin olunmasına; virusun yayılmasının qarşısını almaq və ona cavab verə bilmək üçün lazımi addımlar barədə insanların maarifləndirilməsinə və yerli xəstəxanaların işinin yaxşılaşdırılmasında kömək etmək üçün Türkiyədən 19 həkimi məsləhətçi olaraq ölkəyə gətirən uğurlu REACT-C19 layihəsinə ayrılıb.

ABŞ Azərbaycanda COVID-19 pandemiyasına cavab tədbirləri üçün Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və BMT Uşaq Fonduna (UNİCEF) maliyyə vəsaiti ayırıb.

COVID-19 virusunun yayılması ilə əlaqədar ABŞ bütün dünyada pandemiya ilə mübarizəyə xüsusi olaraq 20,5 milyard dollar yardım edib.

Paylaş: