Abituriyentlər imtahana belə buraxılır - FOTOLAR

21.08.2020 07:33 533 baxış sayı 2 dəq. oxuma
Abituriyentlər imtahana belə buraxılır -

Paytaxtda bu gün növbəti qəbul imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, imtahan təşkil olunan ərazilərdə kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə tərəfimizdən nəzarət olunur.

İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. İctimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər təşkil olunaraq icraya yönəldilib, əlavə naryad qrupları xidmətə cəlb olunub.

 
 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: