
Son Xeberler
9 abunə
Abidələrin bərpasına nə vaxt baxılacaq? - RƏSMİ AÇIQLAMA
03.02.2021 07:30
424 baxış sayı
2 dəq. oxuma

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və komendantlıqların nəzdində aidiyyəti dövlət orqanlarının (qurumlarının), o cümlədən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb.
Bu barədə cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər. Qeyd olunub ki, Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr abidələrin ilkin inventarlaşdırılması məqsədilə monitorinqlərə başlamış və abidələrin əksəriyyətinin dağıdıldığı, məhv edildiyi, mənimsənildiyi və vandalizmə məruz qaldığı müəyyən edilib.
"Monitorinqlər yekunlaşdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə neçə heykələ ziyan dəydiyi müəyyənləşəcək. Monitorinqlərin nəticəsi təhlil olunduqdan sonra işğaldan azad olunmuş ərazilərdə yerləşən abidələrin bərpası məsələsinə baxılacaq". (Trend)
Oxşar xəbərlər

DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarıl...
Son Xeberler
462
12/12 06:45

Azərbaycanda nazir müavini karantin qaydalarını po...
Son Xeberler
413
27/08 09:10

Prezident: "Şuşa şəhərini Azərbaycan mədəniyyətini...
Son Xeberler
450
05/01 13:15

Milli Məclisdə Vəng adının dəyişdirilməsi müzakirə...
Son Xeberler
536
22/10 06:19

“Dow Jones” indeksi rekord vurub
Son Xeberler
391
25/02 08:08

Düşmənin törətdiyi terror aktları ilə bağlı
Son Xeberler
407
30/10 10:46