
Abel Məhərrəmovu kim cəzalandırmalıdır? - YAP-dan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, avqustun 18-də Novxanıda yerləşən bağ evində Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə "tost" deyib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sözügedən məsələ ilə bağlı unikal.org-a açıqlama verən YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev bildirib ki, Abel Məhərrəmovla bağlı qərarı BDU-nun rektoru verməlidir: "Abel Məhərrəmov YAP-ın üzvü olmağına baxmayaraq, BDU-nun Üzvi kimya kafedrasının müdiri olduğuna görə onunla bağlı qərarı biz verə bilmərik. Karantin qaydasını pozduğuna, məclisdə iştirak etdiyinə görə onu BDU-nun rektoru Elçin Babayev cəzalandırmalıdır".
Etiketlər
Oxşar xəbərlər

Ermənistan Bütün Hərbi Cinayətkarları Cəzalandırma...
Son Xeberler

Abel Məhərrəmovun bacısı: “
Son Xeberler

Toya getdiyinə görə Abel Məhərrəmovla Əli Abbasov...
Son Xeberler

Abel Məhərrəmov:
Son Xeberler

Abel Məhərrəmovun var-dövləti açıqlandı -
Son Xeberler

Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görün...
Son Xeberler