Son Xeberler
Son Xeberler

03.10.2024 18:25

6 abunə

9

Abbas Mirzə Şərifzadə Küçəsində Avtobus Zolağı üçün Vaxt Məhdudiyyəti Tətbiq Edilib

Abbas Mirzə Şərifzadə Küçəsində Avtobus Zolağı üçün Vaxt Məhdudiyyəti Tətbiq Edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağı üçün vaxt məhdudiyyəti tətbiq edib.


AYNA-dan verilən məlumata görə, küçədə avtobus zolağının saat 07:00-21:00 aralığında qüvvədə olma vaxtını göstərən yol nişanı quraşdırılıb. Yəni, A.M.Şərifzadə küçəsində digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.


Qaydalara riayət etməyənlər üçün 100 manat cərimə və 2 bal müəyyən edilib.


"Gündəlik 155 mindən çox sərnişinin daşındığı bu zolaqlar ictimai nəqliyyatın rahatlığı və səmərəliliyi üçün çox önəmlidir", - deyə AYNA bəyan edib.