
8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2020-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, hərbi şəhərciklərində yeni binalar inşa olunub, istirahət parkları salınıb, hərbi obyektlərdə əsaslı və cari təmir işləri aparılıb.
Hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub. Çətin dağlıq şəraitdə yerləşən müdafiə mövqelərimizdə şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Bütün bunların nəticəsidir ki, uca zirvələrin hakimi olan hərbi qulluqçularımız Vətənimizin etibarlı müdafiəsini təmin edirlər. Hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib. Müasir kazarmalarda yaşayan əsgərlərimiz mənəvi-psixoloji ruh yüksəkliyi və vətənpərvərlik hissləri ilə xidmət edirlər.
Oxşar xəbərlər

Tovuzda atışma: Erməni əsgəri öldürüldü
Son Xeberler

Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıx...
Son Xeberler

Düşmənin “KUB” zenit-raket kompleksi məhv edildi -
Son Xeberler

Azərbaycan əsgəri Vətən uğrunda canından keçdi -
Son Xeberler

Azərbaycan əsgəri Vətən uğrunda canından keçdi -
Son Xeberler

Müdafiə Nazirliyi son vəziyyəti açıqladı:
Son Xeberler