
2 yaşlı uşağı kürəklə vurub öldürdülər Azərbaycanda DƏHŞƏTLİ QƏTL

İyulun 2-də saat 19 radələrində Tərtər rayonu, Hacıqərvənd kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Ağazadənin başına kürəklə vurularaq xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.
Tərtər Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Ömər Ağazadə 3 iyul 2020-ci ildə aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Etiketlər
Oxşar xəbərlər

Göygöldə 3 yaşlı uşağı avtomobil vurub
Son Xeberler

9 yaşlı uşağı doğrayıb itə ATDILAR -VİDEO
Son Xeberler

Ermənistanın səhiyyə naziri avtomobillə uşaq vurub
Son Xeberler

Salyanda 9 yaşlı qızı maşın vurdu
Son Xeberler

AzTV-nin qəzaya düşüb ölən əməkdaşının görüntüsü -...
Son Xeberler

Gəncədə 90 Yaşlı Piyada Avtomobil Tərəfindən Həlak...
Bugun.az