Son Xeberler
Son Xeberler

08.02.2021 14:16

6 abunə

660

11 yaşlı azərbaycanlı qızı nişanladılar - VİDEO

11 yaşlı azərbaycanlı qızı nişanladılar -

Gürcüstanda 11 yaşlı qız üçün nişan mərasimi keçirilib.

Nişan mərasimi Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində baş tutub.

Bir ailənin azyaşlı övladına nişan mərasimi təşkil etdiyi anın görüntüləri sosial şəbəkədə yayılıb.

1 həftə öncə çəkildiyi deyilən görüntülər insanların narazılığına səbəb olub. Nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib.

Məsələ ilə bağlı azyaşlı qızın yaxın qohumu açıqlama verib.

O, qeyd edib ki, sosial şəbəkələrdə qızın yaşı ilə bağlı yazılan məlumat həqiqəti əks etdirmir:

"Qızın 11 yox 14 yaşı var. Qız 9-cu sinifdə oxuyur. Belə tez nişanlanmaq bizdə adətdir. Qızları azyaşlı vaxtında nişanlayırlar ki, başqasına verməsinlər. Nişanlanan oğlan qızın qohumudur və onun 19 yaşı var. Onlar 3 il nişanlı qalacaqlar. Sonra gənclərin toy mərasiminin keçirilməsi nəzərdə tutulur. Sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, bizi qınamasınlar". 

 
 

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine