🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

108 saat sonra cəsədi tapıldı

04.11.2020 05:37 503 baxış sayı 1 dəq. oxuma
108 saat sonra cəsədi tapıldı

İzmirdə meydana gələn zəlzələdə dağıntılar altında qalan diş həkimi Zərifə Doğanın cansız bədəni tapılıb. 

Xilasedicilər hadisənin baş verməsindən 108 saat sonra onun cəsədini uçqun altından çıxara biliblər. 

Həkimin zəlzələ zamanı binanın birinci mərtəbəsində yerləşən özəl diş klinikasında iş başında olduğu məlum olub. Mərhumun nəşi Ege Universiteti Tibb Fakültəsi xəstəxanasına aparılıb. 

Qeyd edək ki, dünən Z. Doğanla eyni işləyən həkim Aslı Tanerin cəsədi tapılmışdı.  

Paylaş: