Siyasət İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Səudiyyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman ilə ABŞ-ın müdafiə naziri Pit Heqset arasında telefon danışığı keçirilib. Danışıq zamanı iki ölkə arasında müdafiə sahəsində strateji əməkdaşlıq imkanları və bölgədəki gərginliyin azaldılması səyləri müzakirə olunub. Görüşün əsas mövzusu husilərin hücumları olub.


Tramp Ruanda və Cənubi Afrikanı ticarət güzəştləri proqramından çıxarıb

ABŞ Prezidenti Donald Tramp Ruanda və Cənubi Afrikanı Afrika ölkələrinə Amerika bazarına rüsumsuz mal ixrac etmək imkanı verən ticarət güzəştləri proqramından çıxarmaq qərarına gəlib. Bu barədə ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qr məlumat verib.


MMU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edib

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin (MMU) rektoru, general-mayor Gündüz Əbdülovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.


Berlində "Bir çamadan, min xatirə" tədbiri keçirilib

Almaniyanın paytaxtı Berlində Türkiyə ilə Almaniya arasında 1961-ci il oktyabrın 30-da imzalanmış İşçi Qüvvəsi Sazişinin 65-ci ildönümü münasibətilə "Bir çamadan, min xatirə" adlı tədbir təşkil olunub. Tədbir Beynəlxalq Demokratlar Birliyinin (UID) təşkilatçılığı ilə keçirilib.


Milli Məclisdə şəhid övladları ilə görüş keçirilib

Noyabrın 2-də Milli Məclisin Gənclər və idman komitəsi şəhid övladı olan tələbələrlə görüş keçirib. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə komitə sədri Şahin İsmayılov çıxış edib. İsmayılov ölkənin ərazi bütövlüyü mövzusunda fikirlər səsləndirib.