Ceyhun Bayramov Ankara Zirvəsində Zəngəzur dəhlizini vurğulayıb
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə iştirak edib və çıxış edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir çıxışında Zəngəzur dəhlizinin reallaşdırılmasının əhəmiyyətindən danışıb.
Şi Cinping Almaniyaya dialoq və əməkdaşlıq çağırışı edib
Çin Dövlət Başkanı Şi Cinping Almaniya prezidenti Frank-Valter Ştaynmayeri Pekində qəbul edib. Görüş zamanı Çin rəhbəri Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniyaya qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığa sadiq qalmağı və fərqləri dialoq yolu ilə həll etməyi tövsiyə edib.
Libya Təmsilçilər Məclisi dəniz səlahiyyət sazişini təsdiqləyib
Libya Təmsilçilər Məclisi Türkiyə ilə Libya arasındakı dəniz səlahiyyət zonaları sazişini təsdiqləyib. Qərarı dəyərləndirən Gümüşhane Universitetinin Geofizika Mühəndisliyi kafedrasının müdiri professor Nafiz Maden bunu Türk diplomatiyasının uğuru adlandırıb.
Türkiyə və Yunanıstan BMT iclasında üz-üzə gəlib
Türkiyə ilə Yunanıstan arasında BMT çərçivəsində gərginlik yaşanıb. Türkiyənin BMT yanında daimi nümayəndəsi Əhməd Yıldız Afinanın irəli sürdüyü iddialara qəti cavab verib. BMT oturumunda çıxış edən Yıldız, Yunanıstan tərəfinin ortaya atdığı fikirləri əsassız adlandırıb.
Londonda Azərbaycan səfirliyi qarşısında təxribat aksiyası keçirilib
Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. Bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-15 nəfərlik qrupun əlində İran bayraqları olub.