Serbiyada növbədənkənar seçkilərin nəticələri məlum olub
Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində səslərin 96 faizi hesablanıb və "Tələbə siyahısı" 52,9 faiz səsla qalib gəlib. Bu barədə Azad Seçkilər və Demokratiya Mərkəzi (CeSID) və "Ipsos" agentliyi birgə məlumat yayıb. 250 yerlik parlamentin tərkibini müəyyən edən seçkilərdə 12 ildir ölkəni idarə edən Aleksandar Vuçiçin rəhbərlik etdiyi Sırbistan Tərəqqi Partiyası (SNS) məğlubiyyətlə üzləşib.
Vuçiç məğlubiyyəti qəbul edib
Sabiq prezident və baş nazir namizədi Aleksandar Vuçiç erkən seçkini uduzduqlarını açıqlayıb. Ölkədə 12 il ərzində baş nazir və prezident vəzifələrində olan, partiyası Serb Tərəqqi Partiyası (SNS) isə 14 ildir hakimiyyətdə olub. İlkin nəticələrə görə "Tələbə Siyahısı" 135 mandata yaxın qazanacaq.
Braziliyada seçkilərin ilkin nəticələri açıqlanıb
Braziliyada seçicilər yeni dövlət başçısını müəyyən etmək üçün oktyabrın 25-də səsverməyə gediblər. Hazırkı vəziyyətdə 80 yaşlı solçu Luiz Inasio Lula da Silva 51,27 faiz səslə öndədir. Onun əsas rəqibi 45 yaşlı sağçı senator Flavio Bolsonaro ilə mübarizə başabaş davam edir.
Bolqarıstanda prezident seçkiləri başlayıb
Bolqarıstanda prezident postu uğrunda 27 namizədin mübarizə apardığı seçkilərə start verilib. Ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00-da) açılıb. Səsvermə üçün 12 mindən çox seçki məntəqəsi yaradılıb.
İran Devrim Muhafızları ABŞ və İsrailə cavab verəcəklərini bəyan edib
İran Devrim Muhafızları Ordusunun sözçüsü Hüseyn Mühibbi, İran mətbuatına verdiyi açıqlamada hücumlara misli ilə cavab veriləcəyini bildirib. O, ABŞ və İsrailin hazırda İrana qarşı effektiv əməliyyat keçirə bilmədiyini və bu ölkələrin də bunu çox yaxşı bildiklərini vurğulayıb.