Siyasət İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində Ağudi kəndinin tarixi araşdırılıb

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarına qədər əsasən azərbaycanlıların yaşadığı Ağudi (indiki Agitu) kəndinin tarixinə dair araşdırma dərc olunub. Araşdırmada qeyd edilir ki, 1918-ci ilin yayında Ağudi kəndində 75-i uşaq olmaqla, 325 nəfər öldürülüb.


44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsinin xronikasında 18 oktyabr tarixinə aid hadisələr öz əksini tapıb.


NYT: Vaşinqton sülh üçün Rusiya qazının Avropaya tədarükünün bərpasını təklif edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya təbii qazının Avropaya tədarükünün bərpası imkanını Rusiya-Ukrayna münaqişəsinin nizamlanması elementlərindən biri kimi nəzərdən keçirir. Bu barədə "The New York Times" qəzetinə istinadən məlumat verilir.


Füzuliyə həyat yenidən qayıdır

Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında bildirib ki, Füzuli uğrunda gedən döyüşlər 44 günlük Vətən müharibəsinin ən mühüm və həlledici əməliyyatlarından biri olub. Deputat xatırladıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə dağıntılar törədilib, hazırda Füzuliyə həyat yenidən qayıdır.


Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını yerinə yetiriblər

Azərbaycanda keçirilən "Şahinlərin Görüşü - 2026" birgə taktiki-uçuş təliminin növbəti mərhələsi çərçivəsində təlim-məşq uçuşları keçirilib. Müdafiə Nazirliyindən bildirilib ki, təlimə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi pilotları cəlb olunub və onlar döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər.